Sizin reklam burada
Sizin reklam burada

"Müharibə ilə bağlı sövdələşmələri sabotaj edin"

"Müharibə ilə bağlı sövdələşmələri sabotaj edin"
Rusiyanın “Aeroflot” aviaşirkətində yüksək vəzifə tutmuş, lakin Ukraynadakı hərbi əməliyyatlara görə vəzifəsindən istefa verərək Rusiyanı tərk etmiş Andrey Panov rusiyalı iş adamlarına və top menecerlərə müraciət ünvanlayıb.

O, iş adamlarına və top menecerlərə Ukraynadakı müharibə ilə bağlı sövdələşmələri sabotaj etməyə çağırıb.

Andrey Panovun bu müraciətini “Financial Times”da köşə yazısı vasitəsi ilə həyata keçirib.

A. Panov bildirib ki, Rusiyada top-menecer olmaq və siyasi rejimə qarşı çıxmaq mümkün deyil.

Onun sözlərinə görə, o, həmkarlarını özlərini fəda etmək ya siyasi məhbus olmağa da çağırmır.

“Amma siz istefa verə və ya təqaüdə çıxa bilərsiniz...Hərbi işğalı və ya Rusiya təbliğatını dəstəkləyən hər bir sövdələşməni və müqaviləni təxirə salmaqla və ya ona məhəl qoymayaraq, hərbi əməliyyatları sabotaj edə bilərsiniz. Siz tabeliyində olanları maarifləndirə və onlara müharibənin əleyhinə olduğunuzu bildirə bilərsiniz. Siz “Z” paradlarına məhəl qoymayaraq, işçilərinizi oraya göndərməkdən imtina edə bilərsiniz”, - Andrey Panov müraciətində qeyd edib.

O, həmçinin Rusiyanın biznes ictimaiyyətini Moskvanın hərbi cinayətlərinə şərik olmamağa və Vladimir Putinin hərəkətlərini dəstəkləməməyə çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş