Sizin reklam burada
Sizin reklam burada

"3,3 milyard insan yoxsulluq həddinin altında yaşayır"

"3,3 milyard insan yoxsulluq həddinin altında yaşayır"
Ukraynada müharibə nəticəsində artan bərabərsizlik, ərzaq və enerji qiymətlərindəki inflyasiya və COVİD-19-un yaratdığı iqtisadi böhranlar yoxsul insanlar üçün fəlakət ola bilər.
Bu barədə “Oksfam” yoxsulluqla mübarizə təşkilatı məlumat yayıb.
Böhranların birgə təsiri nəticəsində bu il dünyada ifrat yoxsulların sayının daha 263 milyon arta biləcəyi vurğulanaraq, ümumilikdə 860 milyon insanın gündəlik 1,90 dollarlıq qazanc həddindən aşağı gəliri olacağı qeyd edilib.
Hesabatda hazırda 3,3 milyard insanın gündəlik 5,50 dollarlıq yoxsulluq həddinin altında yaşadığı bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş