Sizin reklam burada
Sizin reklam burada

"Putin Buçada baş verənlərə görə Ukraynanı təqsirkar bilir"

"Putin Buçada baş verənlərə görə Ukraynanı təqsirkar bilir"
Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir.
Bu sözləri Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüşü ilə bağlı təəssüratını bölüşərkən deyib.
Kansler bildirib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.
Onun sözlərinə görə, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Putin Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.
Qeyd edək ki, aprelin 11-də Moskvada baş tutan görüş 1,5 saat davam edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş