
Fransanın jandarma qüvvələri Ukraynanın Lvov şəhərinə yollanıb.
Bu barədə Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen məlumat yayıb.
"Fransa – belə yardım edən ilk ölkədir. Sabah onlar işə başlayacaqlar” - deyə səfir bildirib.
Qeyd edək ki, texniki və elmi jandarma dəstəsinin Kiyev ətrafında Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılmasına kömək edəcəyi bildirilir.
Conflict.az