Sizin reklam burada
Sizin reklam burada

42 ölkə Haaqa məhkəməsinə müraciət etdi

42 ölkə Haaqa məhkəməsinə müraciət etdi
Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin təhqiqatına 40-dan çox ölkə qoşulub.
“UNIAN” xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Denis Malyuska bildirib.
Onun sözlərinə görə, Ukraynanın hər yerindən ekspertlər Buçadakı sübutların toplanması üzərində işləyirlər, lakin belə cinayətlərin sayı o qədər çoxdur ki, kifayət qədər resurslar yoxdur:
“Artıq 42 ölkə Haaqadakı beynəlxalq məhkəməyə müraciət edib, hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb, bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirib və sürətləndirib”.
Nazir qeyd edib ki, cinayət əmri verənlərin günahını sübut etmək ən çətindir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş