Sizin reklam burada
Sizin reklam burada

"Qarabağ Azərbaycandır, bu məsələyə başqa cür baxıla bilməz"

"Qarabağ Azərbaycandır, bu məsələyə başqa cür baxıla bilməz"
Göründüyü kimi, Ermənistan tərəfi danışıqlarda yenə də öz gündəliyini irəli sürə bilməyib. Mən Qarabağın “statusu” və İrəvanın son həftələrdə Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı diqqət mərkəzində saxladığı məsələləri nəzərdə tuturam. Qarabağ Azərbaycandır, bu məsələyə başqa cür baxıla bilməz, baxılmayacaq və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi, əvvəllər ölkə Prezidentinin də qeyd etdiyi kimi, digər vətəndaşların bütün hüquqları ilə təmin oluna bilər.
Bu fikirləri tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Bəli, əlbəttə ki, Paşinyan bu mövzunu müxtəlif danışıqlar formatı vasitəsilə irəli sürməyə çalışıb. Ermənistanın Baş naziri dəfələrlə Qərb dövlətləri ilə təmaslarda bu kartı oynamağa cəhd edib. Amma uğursuz olub. Yekun bəyanatda sülh sazişi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılmalı olduğu barədə heç bir söz yoxdur. Rəsmi Bakı dəfələrlə qeyd edib ki, Qarabağ münaqişəsi bitib, ona görə də Minsk Qrupu artıq bununla məşğul ola bilməz. Brüsseldə aparılan danışıqlar Azərbaycan diplomatiyasının gücünü bir daha göstərdi. Bu gün, gördüyümüz kimi, Moskvanın bütün diqqəti Ukraynadakı hərbi xüsusi əməliyyata yönəlib, lakin Rusiya Ermənistan-Azərbaycan danışıqlarının nəbzində barmağını saxlayır. Ona görə də Brüsseldəki son görüş fonunda Rusiyanın hansısa yolla danışıqlar prosesindən yayındığını və AB-nin Azərbaycanla Ermənistan arasında nəhayət sülhün bərqərar olması təşəbbüsünü onun əlindən aldığını söyləmək olmaz. Hər halda, belə görüşlər vacibdir, qarşıdan yeni reallıq gəlir. Paşinyan isə başa düşməlidir ki, qonşu dövlətlərlə münasibətlərin normallaşması Ermənistana hansısa konkret imkanlarla xarici aləmə çıxmaq şansı verir” - o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş