Sizin reklam burada
Sizin reklam burada

Rusiya bayrağı altında üzən gəmilərin AB limanlarına girişi qadağan edildi

Rusiya bayrağı altında üzən gəmilərin AB limanlarına girişi qadağan edildi
Avropa Birliyi Rusiyaya qarşı beşinci sanksiyalar paketini təsdiqləməyə nail olub.
Paket rus oliqarxlarına, təbliğatçılarına, Rusiyanın hərbi və təhlükəsizlik aparatına, sənaye və texnologiya sektorunun əsas şəxslərinə qarşı yeni şəxsi sanksiyaları ehtiva edəcək.

Paketdə həmçinin bu məhdudiyyətlər nəzərdə tutulub:

- kömür idxalına qadağa;

- Rusiya banklarının hesablarının dondurulması;

- Rusiyaya silah tədarükünün qadağan edilməsi;

- Rusiya bayrağı altında üzən gəmilərin AB limanlarına girişinin qadağan edilməsi;

- yüksək texnologiyalı malların ixracına qadağa;

- Rusiya və Belarus nəqliyyat şirkətlərinin fəaliyyətinə qadağa.

Conflict.az

  • Sosial şəbəkədə paylaş