Sizin reklam burada
Sizin reklam burada

"Çalışırıq evlərini itirmiş insanlar sığınacaq alsınlar"

"Çalışırıq evlərini itirmiş insanlar sığınacaq alsınlar"
Ukrayna Nazirlər Kabineti rus işğalçılarından azad edilmiş yaşayış məntəqələrinin bərpasına başlayır.
Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.
"Son bir neçə gündə Ukrayna qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərini işğalçılardan azad edib. Bütün dünya yüzlərlə ukraynalının öldürüldüyünü və işgəncələrə məruz qaldığını, şəhərlərin, mühüm infrastrukturun tamamilə dağıdıldığını görüb. Məqsədimiz bu ərazilərdə mümkün qədər həyatı bərpa etməkdir. Biz çalışırıq ki, bütün bu qəsəbələrə elektrik enerjisi və su verilsin, evlərini itirmiş insanlar sığınacaq alsınlar” - deyə Şmıqal bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş