Sizin reklam burada
Sizin reklam burada

Yeni dəyişiklik parlament və prezident seçkilərində tətbiq olunacaq

Yeni dəyişiklik parlament və prezident seçkilərində tətbiq olunacaq
Türkiyə Böyük Millət Məclisinin iclasında Ədalət və İnkişaf Partiyasının Milliyətçi Hərəkət Partiyası ilə birlikdə təqdim etdiyi seçki qanunvericiliyinə dəyişikliklər qəbul edilib.
Türkiyə mətbuatı xəbər verir ki, yeni dəyişiklik 2023-cü ildə baş tutacaq parlament və prezident seçkilərində tətbiq olunacaq.
Dəyişikliyə əsasən, parlament seçkilərində əvvəlki illərdə tətbiq olunan 10%-lik seçki baryeri 7%-ə endirilib. Bu o deməkdir ki, parlament seçkilərində 7%-dən çox səs toplayan partiyalar parlamentdə təmsil oluna biləcəklər.
Deputatların müəyyən olunmasında, partiyaların seçkilərdə iştirak etmə qaydaları da dəyişikliklər edilib.
Bundan başqa, Ali Seçki Şurası gözdən əlil seçicilərin istifadə etmələri üçün uyğun seçki bülletenləri hazırlayacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş