Sizin reklam burada
Sizin reklam burada

"Bu, danışıqların predmeti deyil"

"Bu, danışıqların predmeti deyil"
Ukrayna nümayəndə heyəti Rusiya ilə Türkiyədəki danışıqlarda referendumu müzakirə etmək niyyətində deyil.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, referendum məsələsi Ukraynanın daxili işidir:
“Biz özümüz hər hansı referendumun keçirilib-keçirilməyəcəyini müzakirə edəcəyik. Bu, danışıqların predmeti deyil.
Ukrayna prezidenti hər zaman xalqın - ukraynalıların mövqeyini diqqət mərkəzində saxlayır. Bu ay biz milli birlik naminə uzun bir yol qət etmişik. Mən hakimiyyətin xalqın iradəsinə zidd nəsə etməsini istisna edirəm".

Conflict.az

  • Sosial şəbəkədə paylaş