Sizin reklam burada
Sizin reklam burada

"Beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır"

"Beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır"
BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqlara çağırıb.
Təşkilat rəhbəri bu barədə tviter sosial şəbəkəsindəki hesabında yazıb.
"Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir. Bu faciəyə son qoyulmalıdır. Bizə hərbi əməliyyatların dərhal dayandırılması və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır" - BMT rəhbəri tviterdəki səhifəsində qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş