Sizin reklam burada
Sizin reklam burada

"İnsanlar saxtakarlığa inanmasın”

"İnsanlar saxtakarlığa inanmasın”
Ukrayna Prezidenti Vladimir Zelenski hələ də Kiyevdədir.
Bu barədə Ukrayna Prezident Ofisinin rəsmisi Kirilo Timoşenko məlumat verib.
“Prezident kimi, Prezident Ofisinin rəhbəri kimi, mən də Bankova küçəsindəyəm. Biz gecə-gündüz işləyirik. Küçədə videolar çəkirik ki, insanlar saxtakarlığa inanmasın”, - Timoşenko vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ali Radanın deputatlarına istinad edərək, Zelenskinin tələsik Lvova getdiyini, daha sonar isə Polşaya istiqamət aldığını iddia etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş