Sizin reklam burada
Sizin reklam burada

"Ciddi danışıqlara hazır olmağın bəzi əlamətlərini görürük"

"Ciddi danışıqlara hazır olmağın bəzi əlamətlərini görürük"
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir.
Bunu ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.
“Təzyiq müəyyən təsir göstərməyə başlayır, biz real, ciddi danışıqlara hazır olmağın bəzi əlamətlərini görürük. Ancaq deməliyəm ki, Vladimir Putinin Ukraynanı məhv etmək niyyətində olduğu görünür. Biz ukraynalılara hər cür kömək etməliyik”, - Şerman bildirib.
Onun sözlərinə görə, ABŞ-ın indi hədəfləri var:
"Biri Ukraynanı hər cür dəstəkləməkdir. Vaşinqton artıq bunun üçün 1,2 milyard dollar təhlükəsizlik yardımı ayırıb. İkincisi, Vladimir Putinə böyük təzyiq göstərməliyik ki, fikrini dəyişsin, bu müharibəni bitirsin - əvvəlcə atəşkəs, humanitar dəhlizlər əldə edilsin və bu işğal dayansın”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ