Sizin reklam burada
Sizin reklam burada

"Düşmənin hansı planları olduğunu aydın başa düşürük"

"Düşmənin hansı planları olduğunu aydın başa düşürük"
Rusiya Ukrayna ilə müharibə taktikasını dəyişib və orada 8 general tutduqları vəzifədən qovulub.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

"Bu gün biz düşmənin hansı planları olduğunu aydın başa düşürük. Onlar müharibə başlayandan bir az dəyişiblər, bunu 2-3 gün ərzində etmək və Kreşatik boyunca irəliləmək istəyirdilər. Elə deyil və heç vaxt da olmayacaq.

Üstəlik, indi başqa bir taktikaya keçiblər. Rəhbərliyi dəyişdilər. Tapşırığı yerinə yetirmədikləri üçün 8 generalı vəzifələrindən uzaqlaşdırıblar. Yeniləri təyin olunub. Biz Rusiyada nə baş verdiyini aydın başa düşürük. Üstəlik, onların çarəsiz olduqlarını deyə bilərəm”, - deyə o bildirib.

Danilovun sözlərinə görə, indi hətta rusiyalı təbliğatçılar da Ukraynaya qarşı ritorikasını dəyişiblər:

“Hətta Solovyov və bir çox başqa əclaflar da təslim olurlar, nəyin səhv olduğunu düşünməyə başlayırlar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş