Sizin reklam burada
Sizin reklam burada

"Bizi eşitmirlər"

"Bizi eşitmirlər"
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Rusiya ordusunun Mariupoldakı doğum evinə aviazərbəsini əks etdirən video paylaşıb.
Y.Zelenskaya aviazərbənin az öncə endirildiyini bildirib.

“Bu, dəhşətli videodur. Daha dəhşətlisi odur ki, biz bunları görmürük. Biz hələ də bilmirik ki, nə qədər ana və uşaq ölüb”, - Zelenskaya yazıb.

Y.Zelenskaya növbəti dəfə NATO-nu Ukraynanın hava məkanını bağlamağa çağırıb:

“Bütün Ukrayna NATO-dan hava məkanının bağlamasını xahiş edir. Xahiş edir ki, bu, bir daha təkrarlanmasın. Amma bizi eşitmirlər. Ancaq düşmən təyyarəsi artıq açıq şəkildə dinc əhalini hədəf alır”

Conflict.az

  • Sosial şəbəkədə paylaş