Sizin reklam burada
Sizin reklam burada

"Bu, Ukraynanın deyil, bizim ölkələrin maraqlarına uyğun olmazdı”

"Bu, Ukraynanın deyil, bizim ölkələrin maraqlarına uyğun olmazdı”
Ukrayna hakimiyyətinin tələb etdiyi uçuşa qadağa zonalarının tətbiqi yalnız münaqişənin genişlənməsi və uzanması ilə nəticələnəcək.
Bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

“ABŞ ordusunun Ukrayna ərazisində, yerdə və ya Amerika pilotlarının Ukrayna hava məkanında tam və ya məhdud miqyasda görünməsi, demək olar ki, ABŞ, NATO və Rusiya arasında birbaşa münaqişəyə, genişlənməyə səbəb olacaq, onu mövcud olandan qat-qat qanlı edər. Bu, Ukraynanın deyil, bizim ölkələrin maraqlarına uyğun olmazdı”, - Blinken qeyd edib.

Blinken vurğulayıb ki, eyni mesajı NATO Baş katibi Yens Stoltenberq də səsləndirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş