Sizin reklam burada
Sizin reklam burada

"Bu məsələdə Baydenin arxasınca getməyəcəyik”

"Bu məsələdə Baydenin arxasınca getməyəcəyik”
Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalına qadağan qoymayacaq.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel al-Jazeera telekanalına bildirib.
O, bu bəyanatı Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar, o cümlədən enerji resurslarının tədarükünə qadağa qoyulmasını elan etməsindən sonra verib.
“Biz Rusiya enerjisinin idxalını qadağan etməyəcəyik. Biz bu məsələdə Baydenin arxasınca getməyəcəyik”, - Borrel deyib. Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ hazırkı tərəfdaşa güvənmir, ona görə də onlar qaz tədarükü üçün alternativ mənbələr axtarır.
O, həmçinin qeyd edib ki, Ukraynanın Aİ-yə qəbul olunması mümkündür, lakin bu, tezliklə baş verməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş