Sizin reklam burada
Sizin reklam burada

"Biz azadlıq zonasıyıq"

"Biz azadlıq zonasıyıq"
Biz Avropadayıq, azadlıq məkanındayıq. Bir çox insan Amerikadan, Kanadadan uzaq olduğumuzu düşünür. Amma yox, biz azadlıq zonasıyıq. Azadlığın sərhədləri pozulduqda və ora ayaq basılanda siz bizi qorumalısınız. Heyvan nə qədər çox yeyirsə, bir o qədər çox və daha çox istəyir.
Bunu Prezident Vladimir Zelenski Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinin ABŞ-ın Rusiya ilə daha böyük müharibəyə cəlb olunmasına gətirib çıxaracağı iddiasını şərh edərkən deyib.
Prezident əlavə edib ki, Ukrayna ABŞ-dan döyüş təyyarələrinin təhvil verilməsinə köməklik göstərməyi xahiş edib:
“Biz başqa ölkələrin adlarını çəkməyəcəyik. Bu məsələni öyrənmişik, bilirik ki, bu sovet təyyarələri (Ukrayna sovet istehsalı olan hərbi təyyarələr istəyir, çünki onları idarə edənlər Ukraynada var, ABŞ təyyarələrinin pilotlarının hazırlanmasına isə aylarla vaxt lazımdır - red.) harada yerləşir, hansı dövlətlərdə var. Böyük ölçüdə bu məsələni ABŞ həll edəcək”.
Zelenski deyib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna üçün daha ​​çox şey edə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş