
Rusiya hərbçiləri Xerson vilayətində teleqülləni ələ keçirib, dezinformasiyalar yaymaları mümkündür.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi əhaliyə müraciətində bildirib.
“Düşmən televiziya qülləsini və yayımı zəbt edib. Xerson haqqında xəbərlər və məlumatlar yayacaq. Təbii ki, bu, böyük miqdarda saxtakarlıq, dezinformasiya və təbliğatdır. Heç vaxt torpağımızın bir parçasından belə əl çəkməyəcəyik. Terrorçuların deyəcəkləri hər şey yalandır”, - müraciətdə qeyd olunub.
Həmçinin qeyd olunur ki, ruslar şəhərin humanitar fəlakətini daha da dərinləşdirmək üçün “yaşıl dəhliz”in yaradılmasına imkan vermirlər.
Conflict.az