
Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin meri Gennadi Matseqor şəhəri razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf edib.
Mer Rusiya qoşunlarının alay komandirindən səhər saatlarında danışıqlar təklifi ilə bağlı ona zəng gəldiyini bildirib.
“Əks halda, bütün şəhərə basqın ediləcəyini dedi. Mən danışıqlarda iştirak etmək qərarına gəldim. Şəhərdə insan tələfatının və dağıntıların qarşısını almaq üçün danışıqlara getdim”, - deyə Matseqor bildirib.
Conflict.az