Sizin reklam burada
Sizin reklam burada

"Kiyev üçün bütün Ukrayna mübarizə aparırdı"

"Kiyev üçün bütün Ukrayna mübarizə aparırdı"
“Hazırda Ukraynada vəziyyət gərgin olaraq qalır”.
Bu barədə Modern.az-a açıqlamasında Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov bildirib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri və xalqı Rusiya qoşunlarına qarşı dirəniş göstərir:
“Rusiya-Ukrayna müharibəsinin hər anını dünya ictimaiyyəti diqqətlə təhlil edir. Xalq Kiyevin qorunması üçün ayağa qalxıb”.
Ekspert qeyd edib ki, hazırda paytaxt Kiyevdə vəziyyət stabildir, ordu şəhəri işğalçılardan qoruyur:
“Dünən axşam Kiyev üçün bütün Ukrayna mübarizə aparırdı. Ümid edirəm ki, çətin günlər tezliklə arxada qalacaq. Bu gün və ya sabah hər şey həll olunacaq.
Pentaqonun bəyan etdiyi kimi Kiyev ya 98 saat ərzində ruslar tərəfindən ələ keçiriləcək, ya da rus qoşunları darmadağın ediləcək: “Mənim fikrimcə, Rusiya silahlı qüvvələri batağa düşüb əməliyyat üstünlüyünü itirəcək. Bundan sonra vəziyyət dəyişəcək. Hələlik nələrin baş verəcəyini gözləyirik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş