Sizin reklam burada
Sizin reklam burada

"Onların əmlakı milliləşdiriləcək”

"Onların əmlakı milliləşdiriləcək”
Rusiya rus vətəndaşlarının və şirkətlərinin pullarının üzərinə həbs qoyulmasına simmetrik cavab verəcək.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Rusiya vətəndaşlarının və şirkətlərinin xaricdəki pullarına həbs qoymaqla hədələyirlər. Hər kəsə, ayrıca sanksiya olmadan. Qəzəbdən. Buna simmetrik cavab vermək lazımdır. Əcnəbilər və xarici şirkətlərin Rusiyadakı aktivlərinə analoji davranılacaq. Yaxud onların əmlakı milliləşdiriləcək”, - Medvedyev qeyd edib.

O bildirib ki, ABŞ, AB və “anqlosaks dünyasına məxsus” bir çox ölkə bunda iştirakı qəbul edib:

“Yaxşı ki, bizim zəngin təcrübəmiz və bu mövzuda sərt qanunlarımız var. Beləliklə, əyləncə yeni başlayır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ