Sizin reklam burada
Sizin reklam burada

ABŞ regional strategiyasında yalan siqnal göndərir”

ABŞ regional strategiyasında yalan siqnal göndərir”
“ABŞ-ın Hind-Sakit okean regionunda yeni strategiyası Çinə açıq çağırışdır”.
Bunu Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
“Bu yaxınlarda ABŞ tərəfi yeni “Hind-Sakit okean strategiyasını” təqdim edərək, açıq şəkildə Çini regionun əsas problemi kimi göstərdi. Bundan başqa, Çini Tayvan vasitəsilə cilovlamaq prinsipini ABŞ-ın regional strategiyasına daxil etmək cəhdi Çini saxlamaq və yatırmaq barədə yalan siqnal göndərir”, - deyə o bildirib.
Çinin xarici işlər naziri həmçinin qeyd edib ki, Çin-ABŞ əlaqələrini inkişaf etdirmək üçün iki dövlət başçısının əldə etdiyi konsensusun həyata keçirilməsinə kömək etmək lazımdır:
“Çin fikir ayrılıqlarını effektiv şəkildə həll etməyə və Çin sədri Si Cinpinin irəli sürdüyü qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Çin-ABŞ münasibətlərini sabitləşdirməyə hazırdır”.
Van İ bəzi ABŞ rəsmilərinin Çinlə uzunmüddətli, şiddətli rəqabət çağırışlarının iki ölkə arasında “hərtərəfli qarşıdurmaya” çevrilə biləcəyini deyib:
“Bəzi ABŞ rəsmiləri Çinlə uzunmüddətli, gərgin rəqabətə çağırır, bu da çox güman ki, Çin və ABŞ arasında hərtərəfli qarşıdurmaya çevrilə bilər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş