Sizin reklam burada
Sizin reklam burada

"Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim"

"Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim"
ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşü ləğv edib.
Bu barədə Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə görüşdə bildirib.
O qeyd edib ki, artıq Ukraynaya başlayan işğal kontekstində bunun mənası yoxdur:
“İndi bu görüşdən irəli getməyin mənası yoxdur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim, hamısı razılaşdı”.
Blinken ötən gün Lavrova məktub göndərərək qərarla bağlı məlumat verdiyini deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş