Sizin reklam burada
Sizin reklam burada

"Bütün tərəfləri dinc sakinləri qorumağa çağırıram"

"Bütün tərəfləri dinc sakinləri qorumağa çağırıram"
Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə qayıtmalıdırlar.
Bu barədə ATƏT-in baş katibi Helqa Şmid özünün "Twitter" səhifəsində yazıb.
"Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa çağırıram", - deyə H.Şmid bildirib.
Baş katib vurğulayıb ki, ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar: "Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş