Sizin reklam burada
Sizin reklam burada

"Prezident sülh perspektivləri üzərində nəzarəti itirib"

"Prezident sülh perspektivləri üzərində nəzarəti itirib"
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı bəyanatları onun ölkənin üzləşdiyi problemlərin miqyasını dərk etmədiyini göstərir.
Bu barədə “Krımın Dostları” beynəlxalq assosiasiyasının sədr müavini Kostas İsixos deyib.

O bildirib ki, Zelenski köhnə televiziya obrazına (aktyorluğu nəzərdə tutulur - red.) qayıdıb:

"Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Ukraynanın təhlükəsizlik zəmanəti almadığı təqdirdə 1994-cü il Budapeşt Memorandumunun Kiyev tərəfindən etibarsız elan ediləcəyi ilə hədələyib. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanan Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi. Düşünürəm ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski özünə və sülh perspektivləri üzərində nəzarəti itirib. Diplomatiyanın tanınmalı olduğu bir vaxtda o, sazişi yenidən nəzərdən keçirib, Ukraynanın nüvə dövlətinə çevrilə biləcəyini deyir", - o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş