ABŞ prezidenti Co Bayden Konqresdən 2023-cü ildə müdafiə xərclərinə 770 milyard dollardan çox vəsait istəyə bilər.
Xarici KİV xəbər verir ki, bu rekord məbləğ olacaq.
Bundan əvvəl ABŞ lideri 2022-ci il üçün müdafiə büdcəsini təsdiqləyib. Onun məbləğini keçmiş prezident Donald Trampın rəhbərlik etdiyi əvvəlki administrasiyanın təklifləri şərtləndirib: ilkin mərhələdə söhbət 753 milyard dolların ayrılmasından gedirdi. Sonrada Konqres bu məbləği 777,7 milyard dollaradək qaldırdı.
Müdafiə büdcəsinə ayrılacaq vəsaitin həcmi ilə bağlı danışıqlar davam edir, ona görə də yekun rəqəm dəyişə bilər. Ehtimal olunur ki, gəmiqayırma, kosmik, hava hücumundan müdafiə və nüvə triadasının modernləşdirilməsi əsas xərc prioritetləri olacaq.
Conflict.az