
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin bölmələri təlimlər başa çatdıqdan sonra Krımı tərk edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
“Krım yarımadasının poliqonlarında keçirilən taktiki təlimlərdə iştirakını başa vuran Cənub Hərbi Dairəsinin bölmələri dəmir yolu ilə daimi dislokasiya məntəqələrinə gedir”.
Qeyd edilir ki, hərbi eşelonlar hərbi texnika və hərbçiləri hərbi hissələrin daimi dislokasiya məntəqələrinə çatdıracaq.
Xatırladaq ki, fevralın 15-də Rusiya Müdafiə Nazirliyi Qərb və Cənub hərbi dairələrinin bölmələrinin təlimlərdən öz bazalarına qayıtmağa başladığını elan edib.
Conflict.az