Sizin reklam burada
Sizin reklam burada

"Məsələni nəzərdən keçirməyə çağırırıq”

"Məsələni nəzərdən keçirməyə çağırırıq”
Rəsmi Kiyev Rusiya Dumasında Luqansk və Donetskin “müstəqilliyi”nin tanınması qərarının müzakirəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şəkildə müraciət ünvanlayıb.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.

O bildirib ki, Dumanın bu qərarı Minsk razılaşmasını və münaqişənin sülh yolu həlli prosesini pozur:

“Minsk razılaşmasının icrasına dair 17 fevralda keçiriləcək görüşdə bu məsələni nəzərdən keçirməyə çağırırıq”.

Qeyd edək ki, Dövlət Duması Donetsk və Luqanskın "müstəqilliyi"nin tanınması ilə bağlı qanun layihəsinə səs verib. Sənəd artıq Putinə göndərilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş