Sizin reklam burada
Sizin reklam burada

"Mövqeyimiz dəyişməz olaraq qalır"

"Mövqeyimiz dəyişməz olaraq qalır"
BMT Baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna xarici işlər nazirləri ilə telefonla danışıb.
Bunu Baş katibin sözçüsü Stefan Dujarik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Quterreş tərəfləri təhllükəli ritorikadan çəkinməyə və dipolmatik həll yolları tapmağa çağırıb.

Sözçü əlavə edib ki, Baş katib problemin həllinə yönəlik müsbət nəticələrin əldə ediləcəyinə ümid edir və BMT məsələnin həlli istiqamətində diplomatik fəallığın artırılmasında hər şəkildə dəstəyini davam etdirir: “Bizim Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Mövcud vəziyyətlə bağlı bütün qərarlarımız Baş Assambleyanın müvafiq qətnaməsini rəhbər tutaraq veriləcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş