Sizin reklam burada
Sizin reklam burada

"Bu cür yanaşma yanlış siqnallar verir"

"Bu cür yanaşma yanlış siqnallar verir"
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Rusiya ilə gərginlik çərçivəsində bir çox ölkənin öz diplomatlarını Kiyevdən təxliyə etməsini tənqid edib.
Nazir bu tələskən yanaşmanı qeyri-məqbul hesab edib.

O bildirib ki, bu cür yanaşma Ukraynadakı insanlarda çaşqınlıq doğurur və yanlış siqnallar verir. Buna görə də Avstriya hazırkı həssas və dəyişkən mərhələdə öz diplomatlarının mümkün olduğu qədər Ukraynada qalmasına qərar verib.

Nazir vəziyyətin sabitləşməsi üçün Almaniyanın kansleri Olaf Şoltsun Moskva səfərinə də böyük ümidlər bəsləndiyini bildirib. Eyni zamanda, Avstriyanın Almaniya ilə eyni xətt tutaraq, hərbi yardımlarda iştirak etməyəcəyini diqqətə çatdırıb. O qeyd edib ki, əsas hədəf hərbi dəstək deyil, gərginliyin azaldılması olmalıdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş