Sizin reklam burada
Sizin reklam burada

“Ukraynalılar narahat olmalıdır"

“Ukraynalılar narahat olmalıdır"
Kreml sözçüsü Dmitri Peskov Qərb mediasının Rusiyanın bu gün səhərüzü hücum edəcəyi ilə bağlı məlumatlara ironiya edib.
O, ukraynalıları vaxtında oyanmaq üçün “saatlarını qurmağa” çağırıb.
“Ukraynalılar narahat olmalıdır, yoxsa bu gün rahat yata bilərlər” sualına cavab olaraq Peskov bildirib:
“Yaxşısı budur ki, onlar oyanmaq üçün saatı qursunlar, onda özləri görəcəklər”.
Qeyd edək ki, “Politiko” nəşri mənbələrinə istinadla, ABŞ Prezidenti Co Baydenin videokonfrans zamanı Qərb liderlərinə Rusiyanın 16 fevralda hücuma keçəcəyini dediyini yazıb. Britaniyanın “San” nəşri isə ümumiyyətlə, dəqiq saat açıqlayıb: 03:00-da (Bakı vaxtı ilə 05-də) Rusiya hücuma başlayacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş