Sizin reklam burada
Sizin reklam burada

"6 illik müşahidələr ərzində heç vaxt belə sayda özəl reys olmayıb”

"6 illik müşahidələr ərzində heç vaxt belə sayda özəl reys olmayıb”
Bazar günü, fevralın 13-də ukraynalı oliqarxlar və iş adamları təcili olaraq çarter reysləri ilə ölkələrini tərk etməyə başlayıblar.
Bu barədə "Ukrainska pravda" nəşri məlumat yayıb.
Yalnız son sutka ərzində Ukrayna paytaxtından 20-yə yaxın çarter və şəxsi təyyarənin havaya qalxdığı bildirilir. "6 illik müşahidələr ərzində heç vaxt belə sayda özəl reys olmayıb”, - nəşr yazır.
“Ukrainska Pravda”nın məlumatına görə, məşhur Ukrayna oliqarxları Rinat Axmetov və Boris Kolesnikovun da təyyarələri Ukraynanı tərk edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş