Sizin reklam burada
Sizin reklam burada

"Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri var"

"Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri var"
Böyük Britaniyanın Baş naziri bu həftə Avropa liderləri ilə Ukraynada müharibənin qarşısının alınması yollarını və ölkənin müdafiəsini təmin etmək üçün Kiyevə kömək məsələsini müzakirə etmək niyyətindədir.
Bu barədə Baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.
"Ukrayna sərhədində böhran kritik həddə çatıb. Bizdə olan bütün məlumatlar göstərir ki, Rusiya hər an Ukraynaya hərbi müdaxilə etməyi planlaşdırır. Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri olacaq", - hökumət başçısının nümayəndəsi bildirib.
O, vurğulayıb ki, “deeskalasiya və diplomatiya üçün imkan pəncərəsi açıqdır və Baş nazir Rusiyanı uçurumdan geri çəkmək üçün müttəfiqlərlə yorulmadan çalışacaq”.
Sənəddə qeyd olunur ki, Conson başqa məsələlərlə yanaşı, Londonun NATO üzrə müttəfiqləri ilə Ukraynaya əlavə iqtisadi dəstək, habelə onun sərhədlərinin müdafiəsinin təmin olunmasına yardımın göstərilməsi imkanlarını müzakirə edəcək. Həftənin sonunda Britaniya hökumətinin başçısının qitə ölkələrinə səfəri gözlənilir, lakin təfərrüat açıqlanmır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş