Sizin reklam burada
Sizin reklam burada

"Şimali Koreyaya qarşı vahid yanaşma lazımdır"

"Şimali Koreyaya qarşı vahid yanaşma lazımdır"
ABŞ dövlət katibi Entoni Blinken Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə Şimali Koreyada nüvə silahının yayılmasını müzakirə edib.
Bu barədə xarici mətbuat xəbər verir.
Havayda keçirilən görüşün yekunu barədə danışan Blinken bildirib ki, hər üç ölkə Şimali Koreyanın son aylarda raket sınaqlarını artırmasını pisləyib.
Dövlət katibi qeyd edib ki, ABŞ, Yaponiya və Cənubi Koreya təxribat mərhələsində olan Şimali Koreyaya qarşı vahid yanaşma nümayiş etdirir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 30-da orta mənzilli “Hwasong-12” ballistik raketini sınaqdan keçirib. Bu, 2022-ci ildə KXDR tərəfindən ardıcıl yeddinci raket buraxılışı olub.
BMT Təhlükəsizlik Şurası 2006-cı ildən indiyədək Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar KXDR-ə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş