
İran cəmi iki ay ərzində nüvə bombası üçün kifayət qədər material istehsal edə bilər.
Bu barədə “Politiko” qəzeti məlumat yayıb.
Məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli məmurları senatorları məlumatlandırıblar. Qiymətləndirmə qapalı brifinq zamanı təqdim olunub. Senatorlardan biri bu qiymətləndirməni sarsıdıcı adlandırıb.
Qeyd edək ki, ötən gün Vyanada İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqların səkkizinci raundu davam etdirilib, lakin müştərək komissiya hələ rəsmi olaraq iclas keçirməyib.
Conflict.az