
Berlinin Kiyevə göstərdiyi maliyyə yardımı Somali və Cənubi Sudana olan dəstəklə müqayisə oluna bilər.
Bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
"Almaniyadan inkişaf üçün aldığımız yardımın məbləğinə baxsanız, Ukrayna 13-cü yerdədir və Konqodan sonradır. Yalnız Tunisi qabaqlayır", - diplomat gileylənib.
Melnik bildirib ki, son bir neçə ildə Almaniya Ukraynanın inkişafına 771 milyon avro göndərib:
“Pekin belə Berlindən təxminən 500 milyon avro alır, Ukraynaya yardımı isə Cənubi Sudan, Somali üçün ayrılan vəsaitlə müqayisə etmək olar”.
Conflict.az