Sizin reklam burada
Sizin reklam burada

"Dünyada yalnız bir Çin var "

"Dünyada yalnız bir Çin var "
Pekin Vaşinqtondan Taypeyə silah satmaq planını ləğv etməyi, Tayvan ordusu ilə bütün əlaqələri kəsməyi tələb edir.
Bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib.
"Dünyada yalnız bir Çin var və Tayvan Çinin ayrılmaz hissəsidir. Çin ABŞ-dan Tayvana silah satışı ilə bağlı planı dərhal ləğv etməyi tələb edir", - Qian bildirib.
Qeyd edək ki, ABŞ Tayvana “Patriot” hava hücumundan müdafiə sistemləri satmaq üçün 100 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş