Sizin reklam burada
Sizin reklam burada

"London ABŞ-ın kursunu tamamilə qəbul edib"

"London ABŞ-ın kursunu tamamilə qəbul edib"
Fransa və Almaniya İngiltərənin Rusiyaya qarşı döyüşkən siyasətini narahatlıqla izləyir. Berlin və Paris Moskvaya qarşı daha təmkinli diplomatiyaya üstünlük versə də, London ABŞ-ın kursunu tamamilə qəbul edib. Kiyevi tank əleyhinə qurğularla təchiz edərək, Ukraynaya qaçılmaz müdaxiləni bəyan edib.
Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, Fransa və Almaniya Böyük Britaniyanın özünü ABŞ-ın fəal müttəfiqi kimi təqdim etməsini narahatlıqla izləyir. Qeyd olunur ki, İraq müharibəsi zamanı olduğu kimi, Şərqi Avropadakı böhran Qərbi iki düşərgəyə parçalaya bilər: bir tərəfdə ingilis-amerikan, digər tərəfdə isə fransız-alman.

Conflict.az

  • Sosial şəbəkədə paylaş