Sizin reklam burada
Sizin reklam burada

"Amerikalıların burada heç bir problemi yoxdur

"Amerikalıların burada heç bir problemi yoxdur
Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Vaşinqtona lazımdır və Ukraynanın hazırkı lideri Vladimir Zelenskiyə alternativ kimi “ehtiyatda" saxlanılır.
Bunu rusiyalı politoloq Andrey Suzdaltsev deyib.

Ekspertin fikrincə, Poroşenko gələcəkdə yenidən prezident postunu tuta bilər:

"İndi Poroşenko Zelenskiyə ən real alternativdir. Amerikalıların burada heç bir problemi yoxdur, onlar bütün bu mübarizəni öz anlayışlarında "yaxşı" və "çox yaxşılar" arasında savaş kimi görürlər", - ekspert əlavə edib.

Politoloq vurğulayıb ki, Zelenskinin Donbasda Rusiyaya qarşı hər hansı hərbi əməliyyatlara başlaya bilməsi ehtimalı azdır, Poroşenko isə belə hərəkətlər edə bilər:

"Yəni, ona ehtiyac var. Ukraynada isə qərar qəbul edə bilən insanların böyük çatışmazlığı var. Poroşenkonun Rusiyanın əsl düşməni olduğuna inanırlar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş