Sizin reklam burada
Sizin reklam burada

"Ölkənin iqtisadi və maliyyə sabitliyinin qorunması vacibdir"

"Ölkənin iqtisadi və maliyyə sabitliyinin qorunması vacibdir"
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Cozef Baydenlə telefon danışığında Amerikaya Ukraynanın ərazi bütövlüyünün müstəqilliyinə verdiyi güclü və qəti dəstəyə görə minnətdarlığını bildirib.
Bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.
“Ukrayna dövlətinin başçısı ABŞ-a və şəxsən Cozef Baydenə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü və qəti dəstəyə, habelə Rusiya təcavüzünün qarşısını almaq üçün dünya ictimaiyyətini səfərbər etməkdə ABŞ rəhbərliyinə minnətdarlığını bildirib", - prezidentin saytında bildirilib.
Qeyd olunub ki, Ukrayna Prezidenti ABŞ-ın göstərdiyi müvafiq yardıma, xüsusən də öldürücü müdafiə silahlarına görə təşəkkür edib. Zelenski ABŞ-ın müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək addımlar atacağına ümid etdiyini bildirib. O, həmçinin Baydenin ABŞ-ın Ukraynada diplomatik mövcudluğunun saxlanmasının vacibliyi ilə bağlı şərhinə görə təşəkkür edib və ABŞ səfirliyinin Kiyevdəki sabit işinin davam edəcəyinə əminliyini bildirib.
Ukrayna Prezidenti hazırkı vəziyyətdə ölkənin iqtisadi və maliyyə sabitliyinin qorunmasının vacibliyini qeyd edib.
Məlumata görə, liderlər ABŞ-ın Ukraynaya həm ikitərəfli əsasda, həm də beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə maliyyə dəstəyinin artırılması istiqamətində konkret addımları müzakirə ediblər. Ukrayna və ABŞ prezidentləri siyasi məsləhətçilər səviyyəsində Normandiya formatında son danışıqların nəticələrini də nəzərdən keçiriblər.
Qeyd edək ki, bu, Ukrayna və ABŞ liderləri arasında ilin əvvəlindən bəri ikinci telefon danışığıdır. Bundan əvvəl Zelenski və Bayden yanvarın 3-də telefonla əlaqə saxlayıblar - onlar Avropada sülhün təmin edilməsi, gərginliyin daha da artmasının qarşısının alınması üçün birgə hərəkətləri, eləcə də Kiyevin daxili siyasəti məsələlərini müzakirə ediblər. Daha öncə Ukrayna və ABŞ prezidentləri arasında danışıqlar dekabrın 9-da Rusiya və ABŞ liderləri arasında onlayn danışıqlardan iki gün sonra baş tutub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş