Sizin reklam burada
Sizin reklam burada

Donetsk və Luqansknı silahlandırmaqdan başlayacağıq”

Donetsk və Luqansknı silahlandırmaqdan başlayacağıq”
Qərbin Rusiyanın təkliflərinə cavabını mənfi dəyərləndirmək olar.
Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vyaçeslav Nikonov danışıb.

Deputat vurğulayıb ki, NATO-nun bəyanatlarına əsasən yazılı cavabda Rusiyanın narahatlığına dair heç nəyin nəzərə alınmadığını düşünmək olar:

"Qərbin cavabı birmənalı olaraq mənfi kimi qəbul edilməlidir. Beləliklə, tezliklə “rusca” cavabları öyrənməyə başlayacağıq. Görünür, biz Donetsk və Luqansk respublikalarını silahlandırmaqdan başlayacağıq”.

Qeyd edək ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təkliflərinə yazılı cavab verib. Məzmun açıqlanmasa da, Qərbin güzəştə getməyəcəyi açıq-aydın sezilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş