Sizin reklam burada
Sizin reklam burada

"Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir"

"Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir"
Burkino-Faso prezidenti və digər saxlanılan məmurlar dərhal azad edilməlidir.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Burkino-Faso prezidentinin hərbçilər tərəfindən saxlanılmasından xəbərdarıq. Səfirliyimiz durumu izləyir. Prezidentin dərhal azad edilməsinə çağırırıq. Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir. Tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırırıq”, - deyə Prays bildirib.

Qeyd edək ki, Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş