Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.
14 hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkata verildiyini bəyan edib.
Quruluşa polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.
Hərbçilər Konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.
Qeyd edək ki, bundan öncə mediada hərbçilərin Prezident Rok Mark Kristian Kaborenin saxlandığı haqda məlumat yayılmışdı.
Conflict.az