Sizin reklam burada
Sizin reklam burada

Hərbçilər prezidentin istefasını tələb edirlər

Hərbçilər prezidentin istefasını tələb edirlər
Burkina Fasoda iğtişaşlarda iştirak edən hərbçilər Prezident Roka Mark Kristian Kaborenin istefasını tələb ediblər.
Bu barədə bazar ertəsi LSI telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, hazırda dövlət başçısı jandarm qüvvələrinin himayəsindədir.

LSI-Afrika portalı isə xəbər verib ki, Prezidentin ailəsi ölkəni tərk edib.

Daha əvvəl “Associated Press” hadisə şahidlərinə istinadən xəbər vermişdi ki, Burkina Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Yanvarın 23-dən bütün ölkədə komendant saatı tətbiq edilib.

Burkina Faso hökuməti yanvarın 11-də hökuməti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçinin saxlanıldığını açıqlayıb. “Burkina-24” xəbər portalının məlumatına görə, qrupa gənc zabitlər rəhbərlik edir. Son bir neçə ayda prezident Kabore ölkənin silahlı qüvvələrinin komandanlığında bir sıra əsaslı dəyişikliklər edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş