Sizin reklam burada
Sizin reklam burada

Moskva nüvə raketlərini Amerika sahillərinə yaxınlaşdıracaq

Moskva nüvə raketlərini Amerika sahillərinə yaxınlaşdıracaq
Rusiya, ABŞ və NATO arasında aparılan danışıqlarda rus diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton güzəştə getməsə, Moskva nüvə raketlərini Amerika sahillərinə yaxınlaşdıracaq.
Bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Bildirilib ki, Rusiya nümayəndələri bunu açıq şəkildə deməyiblər və raketin hara yerləşdirilə biləcəyi barədə heç nə söylənilməyib.

Müəlliflər rus diplomatlarının eyhamlarına nə dərəcədə ciddi yanaşmaq lazım olduğunu qiymətləndirməkdə çətinlik çəkiblər. Onlar qeyd ediblər ki, baş verənlər Karib böhranını xatırladır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş