Sizin reklam burada
Sizin reklam burada

"Bu, bizim prinsipial mövqeyimizdir”

"Bu, bizim prinsipial mövqeyimizdir”
Rusiya ABŞ və NATO ilə təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda heç bir güzəştə getməyəcək.
Bu sözləri Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin deyib.

“Dəqiq və aydın deyilib – heç bir güzəştə getməyəcəyik, bu, bizim prinsipial mövqeyimizdir”, - Kelin rus mediasına açıqlamasında bildirib.

O bildirib ki, Rusiyaya Avropada təhlükəsizliklə bağlı bir sıra məqamların müzakirəsi təklif olunur:

“Şübhəsiz ki, onların hər biri vacibdir – silahlar üzərində nəzarət, orta və yaxın mənzilli raketlərin Avropada yerləşdirilməsinə qadağa, şəffaflıq və etimadın yaradılması. Əgər bunların hamısını birgə müzakirə etsək, onda bizim əsas və prinsipial tələbimiz – NATO-nun genişlənməyəcəyi barədə dəqiq hüquqi təminat almalıyıq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş