Sizin reklam burada
Sizin reklam burada

"Keçmiş SSRİ ölkələrinin NATO-ya daxil olması ilə bağlı düşünülməmiş siyasət risklər yaradır"

"Keçmiş SSRİ ölkələrinin NATO-ya daxil olması ilə bağlı düşünülməmiş siyasət risklər yaradır"
Ukrayna və Gürcüstanın NATO-ya daxil olması ilə formullar ağlasığmazdır.
Bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.
Brüsseldə 12 yanvarda keçirilən Rusiya-NATO toplantısından danışan Qruşko bildirib ki, bütün problemlər gündəmdə idi:
"Bura NATO-nun şərqə genişlənməsi, Ukrayna və Gürcüstanın NATO üzvlüyünə yaşıl işıq yandıran “Buxarest qərarı” (NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində verilən qərar – red.) aiddir. İclasda bir daha xatırlatdım ki, keçmiş SSRİ ölkələrinin NATO-ya daxil olması ilə bağlı düşünülməmiş siyasət risklər yaradır. Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağına dair formul hazırlamaq olmaz - bu, mümkün deyil, ağlasığmazdır", - Qruşko qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş