
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iğtişaşlardan sonra Almatı şəhərinin yenidən qurulması üçün 8 ay vaxt təyin edib.
Bu barədə yerli media məlumat yayıb.
“8 ay vaxt verirəm. Əsas obyektləri bərpa etmək gərəkdir. Lakin işlər sonra da davam etdiriləcək”, - deyə Tokayev bildirib.
Qeyd edək ki, Almatıda iğtişaşlar zamanı administrativ binalar, sosial obyektlər yandırılıb, talan edilmişdi.
Conflict.az