Sizin reklam burada
Sizin reklam burada

"İnsidentlər barədə məlumatlardan narahatıq"

"İnsidentlər barədə məlumatlardan narahatıq"
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını bildirib
Bu barədə qurumun rəsmi Tvitter səhifəsində məlumat yerləşdirilib.

“Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri qoşunların çıxarılması, sərhədin demarkasiyası və saxlanılanların geri qaytarılması da daxil olmaqla gərginliyi azaltmağa çağırırıq”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş